...

ABƏŞ 2006-cı ilin yanvar-may aylarında Azərbaycandan neft ixracını xeyli artırıb

Energetika Materials 7 İyun 2006 16:51 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli" dəniz blokunu mənimsəyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 2006-cı ilin yanvar-may aylarında müxtəlif istiqamətlərdə 6,99 mln. ton Azeri Light növlü neft ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,3 mln. ton çoxdur.

ABƏŞ-dən Trend ə verilən məlumata görə, yanvar-may aylarında Bakı-Supsa boru kəməri ilə ("Qərb" marşrutu) 2,933 mln. ton neft ixrac olunub. Bu göstərici 2005-ci ilin həmin dövründə 2,895 mln. ton təşkil edib. 2005-ci ilin yanvar-may aylarına olan 795,88 min tona qarşı 2006-cı ilin analoji dövründə Bakı-Novorossiysk boru kəməri ilə ("Şimal" marşrutu) 1,667 mln. ton neft ixrac olunub. 2006-cı ilin yanvar-may aylarında Gürcüstan istiqamətində - Batumi limanına 2,336 mln. ton neft göndərilib (2005-ci ilin yanvar -may aylarında bu istiqamətdə neft yüklənməyib). 2006-cı ilin yanvar-may aylarında Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə 60,354 min ton neft ixrac olunub.

ABƏŞ 2006-cı ilin aprelinə olan 1,47 mln tona qarşı 2006-cı ilin mayında 1,49 mln ton neft ixrac edib. Mayda Bakı-Supsa boru kəməri ilə 600,85 min ton neft ixrac olunub. Bu göstərici 2006-cı ilin aprelində 604,358 min ton təşkil edib. Bakı-Novorossiysk boru kəməri ilə 2006-cı ilin aprelinə olan 340,810 min tona qarşı 2006-cı ilin mayında 332,502 min ton ixrac olunub. 2006-cı ilin mayında Batumi limanına 497,31 min ton neft göndərilib. Bu rəqəm 2006-cı ilin aprelində 524,293 min ton təşkil edib. Mayda BTC ilə 60,354 min ton neft ixrac olunub.

Xəbər lenti

Xəbər lenti