...

Litva ildə 1 mln. tonadək Azərbaycan neft məhsullarını idxal etmək niyyətindədir

Energetika Materials 9 İyun 2006 13:02 (UTC +04:00)

Azərbaycanın Sənaye və Energetika Nazirliyində keçirilmiş görüşdə Litva bazarına enerji daşıyıcılarının tədarükü və logistikası məsələsi müzakirə olunub. Trend in xəbər verdiyi kimi, bu barədə Litvanın iqtisadiyyat nazirinin müavini Anitsetas İqnotas məlumat verib.

Onun sözlərinə görə, Litva Azərbaycandan ildə 1 mln. tonadək neft məhsulları idxal etmək niyyətindədir.

Litvanın İqtisadiyyat Nazirliyi nümayəndəsinin sözlərinə görə, hazırda bu ölkə Azərbaycandan balıq, tərəvəz və digər məhsulların da idxalında maraqlıdır. Öz növbəsində, Litva Azərbaycana kənd təsərrüfatı məhsulları tədarük etməyə hazırdır.

Onun sözlərinə görə, mal dövriyyəsinin həcmini artırmaq üsün informasiyanın əldə olunması və şəxsi əlaqələr, o cümlədən mövcud bürokratik maneələrin aradan qaldırılması vacibdir. Bundan başqa, öz məhsullarını Avropa Birliyi ölkələrinə tədarük etmək üçün şəraitin yaradılması məqsədilə Azərbaycan müəssisələrini rəsmiləşdirmək lazımdır. Hazırda bu istiqamətdə işlərə başlanıb.

Xəbər lenti

Xəbər lenti