Yanvar-may aylarında "H.Əliyev adına" neft emalı zavodu (keçmiş "Azneftyanacaq") 44,92 min. ton butan-butilen fraksiyası istehsal edib ki, bu da ötən ilin analoji müddətilə müqayisədə 11,1% (və ya 4,5 min ton) çoxdur. Bu barədə, Trend ə ARDNŞ-dən xəbər verilib. Yanvar-may aylarında istehsal planı 111,5% yerinə yetirilib.
Mayda butan-butilen fraksiyasının istehsalı 12,76 min ton təşkil edib ki, bu da planlaşdırılan həcmdən 5,5% azdır.
2006-cı ilin yanvar-may aylarında 9 min ton məhsulun istehsalı planlaşdırılsa da, mayda bu zavodda propan-propilen fraksiyası istehsal olunmayıb.
Ötən ilin müvafiq müddətində bu neft məhsulunun istehsalı 0,48 min ton təşkil edib.