Prezident İlham Əliyevin iyunun 24-də keçirdiyi müşavirə zamanı enerji daşıyıcılarının daxili resurslarından effektiv istifadənin zəruriliyi məsələsi müzakirə olunub. Trend xəbər verir ki, bu barədə Azərbaycanın İqtisad İnkişaf naziri Heydər Babayev junralistlərə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, dövlət başçısı "Azəriqaz", "Azərenerji" SC və digər idarələrə istehlakçılara tədarük etdikləri elektrik enerjisi və təbii qazın dəyərinin ödənilməsində artım əldə olunması üçün tədbir görməyi tapşırıb.
Nazirin sözlərinə görə, makroiqtisadi səviyyədə bu, iqtisadiyyata əlavə subsidiyadır və onlar bəzi proseslərə, həmçinin inflyasiyaya xeyli təsir göstərir.