...

BTC boru kəməri ilə neftin nəqli bərpa olunub

Energetika Materials 3 İyul 2006 15:29 (UTC +04:00)

Bakı-Tiflis-Ceyhan boru kəmərinin operatoru bu kəmərlə neftin nəqlini bərpa edib. Bu barədə Trend ə BTC Co-nun rəhbəri olan BP-dən məlumat verilib. Boru kəmərinin fəaliyyətinin dayandırılması burada aparılan bir sıra işlərlə izah olunub.

Yaxın vaxtlarda boru kəməri ilə neftin nəqlinin sutkada 300 min barelədək artacağı gözlənilir. "Belə həcmlər boru kəməri ilə sabit şəkildə nəql olunduqdan sonra tankerlərin yüklənmə qrafiki müəyyən ediləcək", - deyə şirkətdən bildirilib.

Boru kəmərinin dayandırılmasınadək sutkada təxminən 200 min barel neft nəql olunub.

Xəbər lenti

Xəbər lenti