...

Azərbaycan İrana qaz tədarükünü bərpa edib

Energetika Materials 4 İyul 2006 12:52 (UTC +04:00)

Bu gün Azərbaycan blokadada yerləşən Naxçıvan Muxtar Respublikasını təmin etmək üçün İrana qaz tədarükünü bərpa edib. Bu barədə Trend ə "Azəriqaz" qapalı səhmdar cəmiyyətindən xəbər veriblər. "Azəriqaz" NMR-in təmin olunması üçün İrana qaz tədarükünü müvəqqəti olaraq dayandırmışdı.

SC nümayəndələrinin sözlərinə görə, bu onunla izah olunur ki, hazırda NMR-in qaz nəqliyyat sistemi inkişaf etdirilir və bu sistem İrandan tədarük olunan bütün həcmləri qəbul edə bilmir. Nəticədə İranda Azərbaycandan tədarük olunan qaz artıq qalıb və bu qaz tədricən Naxçıvana verilir.

Bu il "Azəriqaz" Naxçıvan Muxtar Respublikasının qazlaşdırılmasının ikinci mərhələsini başlamağı planlaşdırır. NMR-in qazla təmin olunması layihəsinin ikinci mərhələsinin həyata keçirilməsi üçün 145 milyard manat həcmində vəsait lazımdır. NMR-in qazla təmin olunma layihəsinin birinci mərhələsi 360 milyard manat məbləğində qiymətləndirilirdi. Bu layihənin həyata keçirilməsi üçün lazım olan vəsaitlərin bir hissəsi (40%) ölkə büdcəsindən verilib. Qalan hissə isə (60%) "Azəriqaz"ın şəxsi vəsaitlərindən ayrılıb.

Bu layihənin ikinci mərhələsi çərçivəsində qalan abunəçilərin qazla təmin edilməsi nəzərdə tutulub. Ehtimal olunur ki, bu il tədarüklərin həcmi 250 mln. kub metrə çatdırılacaq. 2007-ci ildə bu göstəricinin ildə 350 mln. kub metrə çatdırılması planlaşdırılır. Qaz Astaradan İran tərəfinə ötürüləcək, İran isə, öz növbəsində, bu qazı Naxçıvan MR-ə verəcək. Bu layihənin birinci mərhələsi çərçivəsində 25 min abunəçiyə qaz verilməsi planlaşdırılır. NMR-də cəmi 65,959 abunəçi var.

Xəbər lenti

Xəbər lenti