...

Azərbaycanın Səngəçal terminalından dünya bazarlarına 60 mln. tondan çox neft ixrac olunub

Energetika Materials 4 İyul 2006 15:25 (UTC +04:00)

İyunda Səngəçal neft terminalından dünya bazarlarına 1,8 mln. ton neft ixrac olunub. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. 6 ay ərzində terminaldan dünya bazarlarına 9,9 mln. ton neft yola salınıb.

Bu günədək Səngəçal neft terminalından 60,2 mln. ton neft ixrac olunub. Neft terminaldan təkcə boru kəməri ilə deyil, həm də dəmir yolu ilə ixrac olunur. Təkcə Bakı-Tiflis-Ceyhan boru kəməri ilə dünya bazarlarına 249 min 156 ton neft ixrac olunub.

Xəbər lenti

Xəbər lenti