...

H.Əliyev adına NEZ butan-butilen fraksiyasının istehsalını azaldıb

Energetika Materials 8 İyul 2006 13:53 (UTC +04:00)

H.Əliyev adına neft emalı zavodu iyunda 12,02 min ton butan-butilen fraksiyası istehsal edib. Bu barədə Trend ə ARDNŞ-dən xəbər verilib. Bu, proqnozdan 0,98 min ton, yəni 7,5% azdır. Cari ilin yanvar-iyun aylarında butan-butilen fraksiyası istehsalının həcmi 56,94 min ton təşkil edib. Bu, proqnozdan 3,64 min ton (6,8%), ötən ilki göstəricidən isə 5,06 min ton çoxdur.

2006-cı ilin iyununda əvvəlki aylarda olduğu kimi propan-propilen fraksiyası istehsal olunmayıb. 2005 ilin yanvar-iyun aylarında 0,35 min ton, il ərzində isə cəmi 3,02 min ton istehsal olunub.

Xəbər lenti

Xəbər lenti