...

Karasu Operating Company "İncəbel"də qazma işlərinə hazırlıq görür

Energetika Materials 17 İyul 2006 17:36 (UTC +04:00)

Karasu Operating Company şirkətinin qazma podryatçısı Momentum qəzanın baş verdiyi qazma qurğusunda təftişi başa çatdırdıqdan sonra "İncəbel" sahəsinində kəşfiyyat quyularının qazılmasına cəlb oluna bilər. Bu barədə Trend ə ARDNŞ-dən xəbər veriblər.

Şirkətdən deyiblər ki, təftişdən sonra yataqdakı işlərin gələcək qrafikı və qazma proqramı dəqiqləşdiriləcək.

Bu qazma qurğusu "Mişovdağ" yatağında 3 quyu qazmalıdır və bundan sonra "incəbel" adlanan qiymətləndirici quyuda qazma işləri görməlidir.

Lakin şirkətdən bildirirlər ki, qazma ilə bağlı xüsusi problem olmaya da bilər. Bu onunla izah edilir ki, plana əsasən, şirkətin ikinci qurğusu dayandırılmalı və qazma işləri qəzanın baş verdiyi qurğudan həyata keçirilməli idi. Bu şəraitdə isə ikinci qurğu qazma işləri davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti