...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 18 İyul 2006 13:13 (UTC +04:00)

İyulun 17-də bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $74,49 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,77 aşağı düşüb). Neft Ceyhan limanına Bakı-Tbilisi- Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, iyulun 17-də bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $75,69 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,79 aşağı düşüb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

İyulun 17-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $69,56 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,54 aşağı düşüb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8%-ə qədərdir.

İyulun 17-də bir barel DTD neftinin qiyməti $75,08 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,91 aşağı düşüb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növlü neftin "qərb" boru kəməri ilə dünya bazarlarına ixracına 1999-cu ildə Gürcüstanın Supsa limanından başlanıb.

Xəbər lenti

Xəbər lenti