...

"Azərenerji" 350 MVt gücə malik yeni modul elektrik stansiyası tikəcək

Energetika Materials 20 İyul 2006 15:13 (UTC +04:00)

Rejimlərin dəyişdirilmə sistemi nə qədər çətin olsa da, qaz-mazut prinsipi iki qidalanma mənbəyinin olması nöqteyi-nəzərindən daha cəlbedici görünür. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin prezidenti Marlen Əsgərova istinadən, səhmdar cəmiyyətin mətbuat xidmətində bildiriblər. "Azərenerji" Bakı və Abşeronu təmin etmək üçün Səngəçalda modul elektrik stansiyası tikmək niyyətindədir.

Ehtimal olunur ki, bu layihə çərçivəsində Finlyandiyanın Wartsila şirkətinin istehsalı olan modul stansiyası quraşdırılacaq. Bu layihə çərçivəsində hər birinin istehsalat gücü 17,5 MVt olan cəmi 20 modulun təmiri nəzərdə tutulub. Stansiyanın ümumi gücü 340-350 MVt təşkil edəcək.

Əvvəllər səhmdar cəmiyyətin mütəxəssisləri Türkiyədə mazut və qazla işləyən modul elektrik stansiyalarının işi ilə tanış olub. Bu elektrik stansiyaları Türkiyədə Finlyandiyanın Wartsila şirkəti tərəfindən quraşdırılıb.

"Azərenerji" elektrik enerjisinin istehsalı zamanı bir növ yanacaqdan asılı olmaq istəmir. Ona görə də, hazırda həm mazut, həm də qazla işləyən elektrik stansiyasının tikintisi planlaşdırılır.

Hazırda fin şirkəti Azərbaycanda hər birinin istehsal gücü 90 MVt olan beş modul elektrik stansiyasının tikinti layihəsini həyata keçirir. Astarada artıq bir stansiya tikilib, daha iki stansiya Xaçmaz və Şəkidə tikilir, ikisi isə Naxçıvan və Bakıda tikiləcək.

Xəbər lenti

Xəbər lenti