...

BTC layihəsində şərti qəbul prosesi qalıb

Energetika Materials 21 İyul 2006 20:05 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan kəmərində bütün tikinti işləri başa çatıb. Hazırda layihənin operatoru BP şirkətilə baş podryatçı Botaş arasında şərti qəbul prosesini başa çatdırmaq qalıb. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, BP Azerbaijan şirkətinin prezidenti Devid Vudvord bildirib.

Bundan əlavə, BTC obyektlərində yanacaq qismində istifadə olunan qazın alınması üçün boru kəmərinin obyektləri və Cənubi Qafqaz qaz kəmərinə birdəşdirici xətlər çəkilir.

D.Vudvordun sözlərinə görə, BP ilə Botaş arasında kompensasiya məsələsi də razılaşdırılaraq saziş imzalanıb, lakin bu məsələnin hələ müzakirə ediləsi tərəfləri qalıb. Onun dediklərinə görə, hazırda boru kəmərinin inşası $3,9 mlrd. həcmində qiymətləndirilir, lakin son dəyər Cənubi Qafqaz qaz kəmərində işlərin başa çatmasından sonra müəyənləşdiriləcək.

Şirkətdən bildirildiyi kimi, hazırda "Mərkəzi Azəri", "Qrədi Azəri" və "Çıraq" platformalarında hasilat qrafiki qabaqlayır. Plana əsasən, 2008-ci ilin sonuna qədər hasilat gündə 1 mln. barel neft (ildə təxminən 50 mln. ton) təşkil etməlidir.

Xəbər lenti

Xəbər lenti