...

Azərbaycan Ukrayna ilə neft məhsullarına dair danışıqları davam etdirir

Energetika Materials 27 İyul 2006 16:35 (UTC +04:00)

Azərbaycanın Ukraynanın neft və neft məhsulları bazarında iştirakı ilə bağlı məsələ üzrə danışıqlar davam etdirilir. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in yüksək vəzifəli nümayəndəsi məlumat verib.

"Ukrayna tərəfinə cəlbedici görünən iqtisadi şərtlərin Azərbaycan tərəfi üçün də həqiqətən cəlbedici olması üçün bu ölkənin qoyduğu məsələ Azərbaycan tərəfi ilə müzakirəni tələb edir", - deyə o qeyd edib.

Ukrayna tərəfi Azərbaycan xam neftinin bu ölkədə emalı üçün şərait yaratmaq və neft məhsullarının satışı üçün Azərbaycan yanacaq doldurma stansiyaları şəbəkəsini təşkil etmək niyyətindədir.

Hazırda Azərbaycan tərəfi bu təklifi nəzərdən keçirir. Sənaye və Energetika Nazirliyndən qeyd olunur ki, bu layihəni ARDNŞ də gerçəkləşdirə bilər. Şirkətin özünün xam nefti, emal üzrə mütəxəssisləri var və neft məhsullarının yayılması və satışını təşkil edə bilər.

Xəbər lenti

Xəbər lenti