...

"Bakqaz"ın rəhbəri: Bakı əhalisinin qaza görə borcu 100 mln. AZY-dən çoxdur

Energetika Materials 28 İyul 2006 16:09 (UTC +04:00)

Bu gün Bakı əhalisinin qaza görə borcu 102 mln. AZY təşkil edir. Bu barədə, Trend in məlumatına əsasən, "Bakqaz"ın rəhbəri Tahir Əliyev xəbər verib. Onun sözlərinə görə, ötən il abunəçilərin sayının artımı təxminən 20 nəfər təşkil edib.

T.Əliyevin sözlərinə görə, "Baqaz"ın villalara verilmiş qazın pulunun ödənilməsi ilə bağlı problemi var. Bu günə qədər 3300 belə obyekt qeydə alınıb, lakin bu obyektlərin sayı günbəgün artır. Hazırda həmin obyekt sahiblərinin borcu 446 min AZY təşkil edir.

Bu ayın ortalarından "Bakqaz" həmin evlərə qazın verilməsinin dayandırılması haqqında qərar qəbul edib. Lakin T.Əliyevin sözlərinə görə, onun əməkdaşları villa sahiblərinin təzyiqilə qarşılaşır.

Xəbər lenti

Xəbər lenti