...

Boru kəmərinin çəkilişi zamanı Azərbaycan Dövlət Neft Şirkəti rekord vurub

Energetika Materials 14 Avqust 2006 15:16 (UTC +04:00)

"Günəşli" və "Neft daşları" yataqları arasında yeni qaz kəmərinin çəkilişi çərçivəsində "Süleyman Vəzirov" borudüzən gəmisi rekord vurub. Sutka ərzində gəmi 700 metr boru kəməri çəkib. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-dən bildiriblər.

ARDNŞ-nin qarşısına 2007-ci ildə qaz hasilatını artıraraq, əlavə 500 milyon- 1 milyard kubmetr qaz əldə etmək öhdəliyi qoyulub. Bunun üçün "Günəşli" yatağında yeni quyuların qazılması və istismara verilməsi, eləcə də aşağı və orta təzyiqli qazın yığılması və nəqli nəzərdə tutulub. Bu məqsədlə "Günəşli" yatağından "Neft Daşları"ndakı genişləndirilmiş separasiya stansiyanadəksualtı qaz kəmərinin çəkilişi nəzərdə tutulub. Boru kəmərinin ümumi uzunluğu 22 km təşkil edəcək. Onlardan 13,5 km yeni çəkilən xəttdir.

Boru kəməri ilə sutkada təxminən 2 mln. kubmetr qaz nəql etmək mümkün olacaq. Hazırda artıq 5,5 km çəkilib. Həmçinin 1,8 km uzunluğunda boru kəməri qaynaq edilib. Həmin kəmər dənizə aparılaraq, tikilən xəttə birləşdiriləcək. Bütün işlərin avqustun 20-ə qədər tamamlanacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti