...

ABƏŞ ilin sonuna qədər Bakı-Novorossiysklə neft nəqlini davam etdirəcək

Energetika Materials 16 Avqust 2006 16:21 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) ilin sonuna qədər Bakı-Novorossiysk kəmərilə neft nəql etmək niyyətindədir. ABƏŞ-in operatoru BP Azerbaijan şirkətindən Trend ə bildirilib. Bu marşrut BTC kəməninin sabit işləməsinədək istifadə olunacaq.

Sənaye və Energetika Nazirliyindən bildiriblər ki, ABƏŞ Bakı-Novorossiysk kəmərinin operatorudur və buna görə istənilən vaxt neftini həmin marşrutla nəql edə bilər.

Hazırda Bakı-Novorossiysk kəmərilə hər gün təxminən 14 min ton neft nəql olunur. Bunun 11 min tonu ARDNŞ-ın öz neftinin payına düşür, qalan 3-4 min ton isə ABƏŞ tərəfindən nəql olunur.

"Azəri-Çıraq-Günəşli" dəniz blokunu mənimsəyən ABƏŞ 2006-cı ilin yanvar-iyul aylarında müxtəlif istiqamətlərdə 10,663 mln. ton Azeri Light nefti ixrac edib ki, bu da ötən ilin müvafiq dövründən 5,542 mln. ton çoxdur.

ABƏŞ-dən Trend ə verilən məlumata əsasən, yanvar-iyul aylarında Bakı-Novorossiysk kəmərilə 2,307 mln. ton neft ixrac olunub ( ötən ilin müvafin dövründə - 1,119 min ton).

İyulda ABƏŞ-in neft ixracı 2,32 mln. ton təşkil edib (2005-ci ilin iyulunda - 880,943 min. ton). Bakı-Novorossiysk kəmərilə iyulda 299,574 min ton nəql olunub (2005-ci ilin iyulunda - 78, 092 min ton).

Xəbər lenti

Xəbər lenti