...

ARDNŞ iki NQÇİ ərazisində torpağı neftdən təmizləyəcək

Energetika Materials 17 Avqust 2006 13:17 (UTC +04:00)

Neft və qaz hasilatı üzrə "Azneft" İB-nin nəzdindəki "Azərneftekologiyaservis" idarəsi "Balaxanıneft" NQÇİ-nin 5 ha ərazisində neftlə çirklənmiş torpaqların texniki və bioloji təmizlənməsinə başlamaq niyyətindədir. Trend in xəbər verdiyi kimi, bu barədə şirkətdən məlumat verilib. Bu işlərin 2006-cı ilin 3-cü rübünün sonlarında başa çatdırılması nəzərdə tutulur.

Bundan başqa, "Azərneftekologiyaservis" "Bibiheybətneft" NQÇİ-də torpaqların yenidən kultivasiyası üzrə texniki tapşırığın hazırlanması üçün "Dənizneftqazlayihə" institutuna sifariş verib.

Təmizlənmə prosesi mərhələli şəkildə həyata keçirilib. Çıxarılan torpaq "Binəqədineft" NQÇİ ərazisində yerləşən mexaniki təmizləmə qurğusuna göndərilib və burada yenidən kultivasiya olunaraq geri qaytarılıb.

Xəbər lenti

Xəbər lenti