İyulda "H.Əliyev adına" NEZ-də (keçmiş "Azneftyanacaq") 14,74 min ton butan-butilen fraksiyası istehsal olunub. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. Bu, proqnozdan 45,9%, yəni 4,64 min ton çoxdur. Yanvar-iyul aylarında butan-butilen fraksiyasının istehsal həcmi 71,68 min ton təşkil edib. Bu göstərici proqnozdan 8,28 min ton (13,1%) və 2005-ci illə müqayisədə 9,73 min ton çoxdur.
Əvvəki aylarda olduğu kimi, cari ilin iyulunda da müəssisədə propan-propilen fraksiyası istehsal olunmayıb. Ötən ilin yanvar-iyul aylarında 0,32 min ton propan-prorilen fraksiyası istehsal edilib. Ötən il propan-propilen istehsalının həcmi 3,02 min ton təşkil edib.