...

Azərbaycan Dövlət Neft Şirkəti əməkdaşlarına maddi yardım göstərilməsi üzrə saziş imzalanıb

Energetika Materials 23 Avqust 2006 15:58 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Neft və Qaz Sənayesi işçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi (ANQSİHİ RK) ARDNŞ-də çalışan işçilərə maddi yardım verilməsinin qayda və şərtlərini tənzimləmək məqsədilə sənəd imzalayıb. Trend şirkətin məlumatına istinadən xəbər verir ki, bu əmrə əsasən, "ARDNŞ işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə" təsdiq edilib.

Sənəddə şirkətin ilk dəfə ailə quran, ailəsində anadangəlmə və ya uşaqlıqdan əlil olan, eləcə də təbii fəlakət zamanı zərər çəkən, Qarabağ, Böyük Iətən və Əfqanıstan müharibələrində iştirak etmiş, o cümlədən Qarabağ müharibəsində və 20 yanvar hadisələrində həlak olmuş işçilərinə maddi yardımın verliməsi nəzərdə tutulub.

Əsasnamədə qeyd olunan müddəaların təmin edilməsi Dövlət Neft Şirkətinin strukturuna daxil olan müəssisə və təşkilatların rəhbərlərinə tapşırılıb. Əmr-qərarın icrasına nəzarət isə ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Şahin Mustafayevə həvalə edilib.

Maddi yardım müəssisə və təşkilatların sərəncamında qalan sərbəst mənfəət və yaxud təsdiq edilmiş smetaya uyğun idarəetmə aparatının və təşkilatların saxlanması xərcləri hesabına bu məqsədlər üçün yaradılmış fonddan ödəniləcək.

Xəbər lenti

Xəbər lenti