ARDNŞ "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin birinci fazasına $355,33 mln sərmayə qoymağı planlaşdırır. Trend in xəbər verdiyi kimi, ARDNŞ-in vitse-prezidenti Şahin Mustafayev "Vergilər" qəzetinə bildirib ki, layihənin bu mərhələsi gerçəkləşdirildikdən sonra ARDNŞ $615,8 mln məbləğində xalis gəlir əldə edəcəyini gözləyir (bütün xərclər ödənildikdən sonra).
Dünya bazarlarında neftin 1 barelinin qiymətinin $50 olduğu təqdirdə PSA-ya uyğun olaraq Azərbaycan hökuməti "Şahdəniz" yatağının (I mərhələ) istismarından $10394, 07 mln əldə etməyi planlaşdırır. Bunlar təxmini hesablamalardır və "Şahdəniz" layihəsində 10% iştirak payına malik olduğuna görə ARDNŞ-in maraqlarını təmsil elən Azerbaijan Shahdeniz ltd ortaq şirkəti tərəfindən aparılıb.