...

Odessa - Brodı neft kəməri neft tədarükçülərinə rəqabət tarifləri təklif edəcək

Energetika Materials 6 Sentyabr 2006 11:43 (UTC +04:00)

Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko bəyan edib ki, Odessa-Brodı neft kəməri neft tədarükçülərinə rəqabət tarifləri təklif edəcək. Trend in Ukraynadakı xüsusi müxbiri xəbər verir ki, bu barədə Y.Boyko Kiyevdəki mətbuat konfransında bildirib.

"Tariflər sistemi elastik olmalı və neft tədarükçüsü üçün işləməlidir. Biz gələcək tədarükçülər üçün rəqabət şərtləri təmin etməyə qadirik", - deyə Y.Boyko bildirib.

O həmçinin əlavə edib ki, bu gün Ukrayna Xəzər bölgəsində ehtiyatların sahibi olan şirkətlərlə danışıqlar aparmalı, onların inkişaf dinamikasını, istehsalat və xarici ticarət balansını anlamalıdır. Nazir bildirib ki, Odessa-Brodı neft kəmərinin tarif siyasəti Burqas-Aleksandropulos boru kəmərinin inşasının necə irəlilədiyini nəzərə almaqla formalaşacaq.

"Bir qayda olaraq, bu cür miqyasda layihəni inşa edən konsorsium tikintiyə gələcək tarifləri qoyur. Xəzər boru kəməri konsorsiumunun yaradılması zamanı da məhz bu cür baş verib", - deyə Y.Boyko vurğulayıb.

Xəbər verildiyi kimi, Y.Boyko əvvəl bəyan edib ki, Ukraynanın Yanacaq və Energetika Nazirliyi 2-3 il ərzində Odessa-Brodı neft kəmərinin Polşanın Plotsk şəhərinə qədər uzadılacağını proqnozlaşdırır.

Xəbər lenti

Xəbər lenti