...

ARDNŞ-in istismar quyuları fondu 6100 ədədi keçib

Energetika Materials 6 Sentyabr 2006 14:56 (UTC +04:00)

8 ayın yekunlarına görə, ARDNŞ-in istismar quyuları fondu (müştərək müəssisə və əməliyyat şirkətləri istisna olmaqla) 6174 təşkil edib. 7 ayın yekunları üzrə bu göstərici 6165 ədəd quyuya bərabər olub. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib.

Quyuların ümumi sayının 4742 ədədi (7 ayın yekunları üzrə 4729 ədəd) işlək quyular fondunda, 1422 quyu (7 ayın yekunları üzrə 1426) isə dayanmış quyular fondundadır. 10 quyu (7 ayın yekunlarına görə 10) mənimsənilməkdədir.

Xəbər lenti

Xəbər lenti