...

Salyan Oil istismar quyusunun qazıntısını başa çatdırır

Energetika Materials 6 Sentyabr 2006 15:29 (UTC +04:00)

Salyan Oil əməliyyat şirkəti "Kürsəngi-Qarabağlı" yatağındakı istismar quyularından birinin qazıntısını başa çatdırır. Bu barədə Trend ə Azərbaycanın Dövlət Neft Şirkətindən bildirilib. Hazırda bu quyunun dərinliyi 3 182 metrdir. Sutkada orta hesabla 100 metr qazılır.

Şirkət nümayəndələrinin sözlərinə görə, quyunun layihə dərinliyi 3744 metr təşkil edir. Bu, istismar neft quyusu olacaq.

Yaxın vaxtlarda şirkət həmçinin növbəti istismar quyusunu qazmağa başlayacaq. Şirkətdə qeyd ediblər ki, bu il, yəqin ki, əvvəl nəzərdə tutulduğu kimi 8 deyil, 6 quyu qazılacaq. Bu, işlərin həyata keçirilməsi zamanı yaranan bəzi problemlərlə bağlıdır.

Xəbər lenti

Xəbər lenti