...

ARDNŞ Novorossiyskdən neftin satışı üzrə tender elan edib

Energetika Materials 12 Sentyabr 2006 12:27 (UTC +04:00)

ARDNŞ oktyabrda Novorossiyskdən hər birində 80 min ton Ural növlü neftin olduğu iki tanker partiyasının satışı üzrə tender elan edib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Birinci partiya oktyabrın 8-9-da, ikinci partiya isə oktyabrın 14-15-də yüklənəcək.

Sentyabrda ARDNŞ Novorossiyskdən 170 min ton Ural növlü neft satıb. 85 min tonluq partiya sentyabrın 24-25-də Reoc Ltd treyderinə (İsveçrə), ikinci partiya isə (85 min ton) sentyabrın 29-30-da Iitol treyderinə (İsveçrə) göndəriləcək

2005-ci ildə ARDNŞ Novorossiyskdən 1,631 mln ton neft göndərib. 2004-cü ildə bu göstərici 2,559 mln ton təşkil edib.

2006-cı ilin əvvəlindən ARDNŞ neftini Novorossiyskdən aşağıdakı şirkətlər alıb:

Yanvar - Glencore (85 min ton);

Fevral - Taurus Petroleum (140 min ton);

Fevral - Glencore (60 min ton);

May - Glencore (60 min ton);

İyun - Glencore (60 min ton);

İyul - Glencore (60 min ton);

Avqust - Glencore (131 min ton);

Avqust - Select Energy (78 min ton);

Sentyabr - Reoc Ltd. (85 min ton);

Sentyabr - Iitol (85 min ton).

Xəbər lenti

Xəbər lenti