Salyan Oil əməliyyat şirkəti yanvar-avqust aylarında "Kürsəngi-Qarabağlı" müqavilə sahəsindən 211,9 min ton neft və 27,8 mln. m3 qaz hasil edib. Bu barədə Trend ə yataqda əməliyyatlar üzrə rəhbər Balakişi Bağırov məlumat verib.
Onun sözlərinə görə, hazırda yataqda orta sutkalıq neft hasilatı 850-870 ton təşkil edir.
Yataqların işlənməsi haqqında müqavilə 15 dekabr 1998-ci ildə Bakıda imzalanıb və 16 aprel 1999-cu ildə Milli Məclis tərəfindən təsdiqlənib. SOL əməliyyat şirkəti 12 may 1999-cu ildə təsis olunub və həmin il oktyabrın 25-də Bakıda qeydiyyata alınıb. Şirkətin səhmdarları ARDNŞ və Çinin CNPC şirkətidir (hər biri 50%).