Bu il Azərbaycanda enerji daşıyıcılarının qiymətinin qaldırılması nəzərdə tutulmur. Bu barədə Trend ə sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.
"Biz bu məsələyə gələn il baxacağıq. Dünya bazarı bizə böyük təsir göstərir. Əgər biz bununla hesablaşmasaq, o zaman Azərbaycan bir dövlət kimi çox şey itirə bilər", - deyə o bildirib.
"Əgər bu gün daxili qiymətlər aşağı səviyyədə olarsa, qonşu ölkələrdə isə təbii şəkildə qalxarsa, bu, Azərbaycandan qaçaqmalçılığa gətirib çıxara bilər. Nəticədə Azərbaycan böyük itkilərə məruz qalacaq", - deyə nazir qeyd edib.
"Biz həm respublikada, həm də ondan kənarda vəziyyəti öyrənməliyik. Yalnız bundan sonra qərar qəbul etmək olar", - deyə N.Əliyev bildirib.