...

2006-cı ildə Heydər Əliyev adına dərin özüllər zavodu 12,2 mln AZN dəyərində iş görüb

Energetika Materials 20 Sentyabr 2006 16:32 (UTC +04:00)

Sentyabrın 20-də Heydər Əliyev adına dərin özüllər zavodunda "Neftçilər günü" qeyd olunub. Müəssisənin direktoru Səfixan Məmmədov qeyd edib ki, ilin əvvəlindən zavodda 12,2 mln AZN dəyərində işlər həyata keçirilib. Bu barədə Trend ARDNŞ-in məlumatına istinadən xəbər verir.

Müəssisədə "Neft Daşları" yatağında qurulacaq 2387 saylı platformanın inşası başa çatır. Platformanın çəkisi 2 200 tondur. Zavodda həm də "Günəşli-11" platforması üçün əlavə blokun inşası da başa çatıb.

Zavodun ərazisində "Azəri"-"Çıraq"-"Günəşli" yataqlarının irimiqyaslı işlənməsi layihəsi çərçivəsində platformaların inşası üzrə BP-nin kontraktorları "Boss Shelf" və "McDermott" şirkətlərinin tikinti sahələri yerləşir.

Xəbər lenti

Xəbər lenti