AZERI LT FOB Ceyhan neftinin qiyməti sentyabrın 21-də $59,88/barel təşkil edib. (əvvəlki qiymətə nisbətən $0,24/barel qalxıb). Neft Ceyhan limanına Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.
Trend xəbər verir ki, AZERI LT CIF Augusta neftinin qiyməti sentyabrın 21-də $60,70/barel təşkil edib. (əvvəlki qiymətə nisbətən $0,20/barel qalxıb). Azeri Light neftinin sıxlığı APİ üzrə 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.
URAL (EX-NOVO) neftinin qiyməti sentyabrın 21-də $55,74/barel təşkil edib. (əvvəlki qiymətə nisbətən $0,15/barel qalxıb). URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.
Sentyabrın 21-də DTD neftinin qiyməti $59,16/barel təşkil edib. (əvvəlki qiymətə nisbətən $0,23/barel qalxıb). DTD neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.
"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light nefti 1999-cu ildən Gürcüstanın Supsa limanından "qərb" boru kəməri ilə dünya bazarlarına ixrac olunur.