...

Natiq Əliyev ABŞ səfiri ilə ölkənin qeyri-neft sektorunun inkişafı məsələlərini müzakirə edib

Energetika Materials 26 Sentyabr 2006 18:38 (UTC +04:00)

Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi ilə görüşüb. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Görüş zamanı respublika iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf məsələləri ətrafında fikir mübadilələri aparılıb.

Səfir qeyd edib ki, ABŞ-ın ən iri sənaye şirkətləri Azərbaycan müəssisələri ilə əməkdaşlıqda maraqlıdır və tezliklə bu həyata keçiriləcək.

Nazir öz növbəsində belə əlaqələrin yaradılması və gələcəkdə sürətlə genişlənməsini dəstəkləyib və qeyri-neft sektorunun inkişafını ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu xüsusilə qeyd edib.

Xəbər lenti

Xəbər lenti