...

İranın energetika naziri: İran və Azərbaycan arasında enerji mübadiləsinin gücü 600 MVt-a qədər yüksələcək

Energetika Materials 28 Sentyabr 2006 16:09 (UTC +04:00)

İranın energetika naziri Pərviz Fateh bildirib ki, elektrik ötürücü xətlərin inşasının başa çatması ilə İran və Azərbaycan arasında elektrik enerjisi axınının gücü 600 MVt-a qədər artacaq. Bu barədə Trend İRNA-ya istinadən xəbər verir.

Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşdən sonra İran naziri qeyd edib ki, enerji mübadiləsinin indiki gücü 200 MVt təşkil edir.

Onun sözlərinə görə, yüksək voltlu elektrik ötürücü xətlərin və yarımstansiyaların inşası üçün 75 mln. ABŞ dolları ayrılıb. Həmin layihə İranın Sanir şirkəti tərəfindən həyata keçirilir.

Trend in əvvəl xəbər verdiyi kimi, 75 mln. ABŞ dollarının 85%-i İran İxrac Əməkdaşlığı Bankı, 15%-i isə Azərbaycan höküməti tərəfindən ayrılıb.

Hər ay Azərbaycan İrandan 40-60 mln. kVt/saat alır. 2005-ci ildə tədarük həcmi 656,6 mln. kVt/saat təşkil edib.

Enerji mübadiləsinin 700 MVt-a çatdırılması üçün 330 kilovoltluq Əlibayramlı SES - İmişli elektrik ötürücü xəttin və İmişli-Parsabab ikinci xəttin, 220 kilovoltluq Əlibayramlı SES- Salyan, Salyan-Masallı, Masallı-Astara elektrik ötürücü xəttin, eləcə də müasir Salyan yarımstansiyasının inşası və daha dörd yarımstansiyanın genişləndirilməsi nəzərdə tutulub. Bu layihə üzrə elektrik ötürücü xəttin ümumi uzunluğu 350 km təşkil edir. Ekspertlərin qiymətləndirmələrinə görə layihələrin gerçəkləşdirilməsi NMR-ə 150 MVt elektrik enerjisi tədarük etməyə, qış dövründə Azərbaycan enerji sisteminə 400 MVt almağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti