...

BP vətəndaş cəmiyyəti üzrə qrant proqramının başlandığını bildirib

Energetika Materials 4 Oktyabr 2006 13:22 (UTC +04:00)

BP şirkəti "BP- vətəndaş cəmiyyətinin əlaqələri" və "Vətəndaş cəmiyyətinin cəlb olunması proqramı" mövzusunda konsepsiya layihələri üzrə qrant proqramının başlandığını bildirib. Azərbaycanda qeydiyyatdan keçmiş, bu işdə maraqlı olan hüquqi şəxslər müsabiqədə iştirak etmək üçün dəvət olunur. Ən uğurlu konsepsiya təqdim etmiş tərəflərə qrantlar veriləcək. Bu barədə Trend xəbər verir.

Növbəti mərhələyə Azərbaycanda BP və vətəndaş cəmiyyətinin konstruktiv və qarşılıqlı dialoquna yardım edən, əməkdaşlıq və fikir mübadiləsi üçün yaradıcı və mütərəqqi üsullardan istifadə edən və vətəndaş cəmiyyətlərinin BP-dən asılılığı olmadan ümummilli prioritetlərin həyata keçirilməsinə yardım haqqında fikirləri əks etdirən sənədlər buraxılacaq.

Təkliflər bir ay ərzində qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti