...

"Xəzərdənizneftdonanma" - BUE Caspian alyansı dəniz əməliyyatlarının dəstəklənməsi üçün Norveçdən müasir gəmi alıblar

Energetika Materials 6 Oktyabr 2006 15:35 (UTC +04:00)

Norveçin Simek şirkəti Xəzərin Azərbaycan sektorunda dəniz özüllərinin təmin olunması üçün istifadə olunacaq CİTADEL gəmisini təhvil verib. Bu, "Xəzərdənizneftdonanma" və BUE Caspian alyansının sifarişi ilə inşa edilən ikinci gəmidir. Bu barədə Trend Azərbaycan Dövlət Neft Şirkətinin məlumatına istinadən xəbər verir.

Gəmi müasirləşdirilib, dinamik mövqe sistemi ilə təchiz olunub. Bu gəmi Azərbaycanda BP şirkəti ilə müqavilə çərçivəsində istifadə olunacaq.

Sentyabrın əvvəlində alyans qəza-xilasetmə işlərinin həyata keçirilməsi üçün Sinqapurdan yeni "Bakı" gəmisini alıb. Hər iki gəmi ən müasir avadanlıqlarla təchiz olunub. Onların hər ikisi noyabr ayında Bakıya gələcək. Gəmilərin Xəzərdə analoqu yoxdur.

Xəbər lenti

Xəbər lenti