...

ARDNŞ ilin sonuna kimi "Eurasia Energy" ilə kommersiya prinsiplərinin razılaşdırılacağını gözləyir

Energetika Materials 7 Oktyabr 2006 12:38 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti "Ələt-Dəniz" blokunun reabilitasiyası və işlənilməsinə dair PSA tipli müqavilənin bağlanması perspektivləri çərçivəsində Britaniyanın "Eurasia Energy" şirkəti ilə əsas kommersiya prinsiplərini ilin sonuna kimi razılaşdırmaq niyyətindədir. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ və "Eurasia Energy" arasında niyyət memorandumunun fəaliyyət müddəti ilin sonunda başa çatır. ARDNŞ "Ələt-Dəniz" bloku üzrə geoloji-geofiziki materialları "Eurasia Energy"yə təqdim edib və şirkət layihənin iqtisadi əsaslarının qiymətləndirilməsi üçün onların öyrənilməsi ilə məşğuldur.

Dəniz "Blok"una "Ələt-Dəniz", "Hamamdağ-Dəniz", "Qarasu", "Sanqi-Muğan", "Ülfət", "Aran-Dəniz", "Daşlı" və "Səbail" yataqları daxildir. Blok Bakıdan 70 km aralıda dayazsulu sahilyanı ərazidə yerləşir.

Adıçəkilən layihə çərçivəsində "Eurasia Energy" "TRACS International Consultancy Ltd." şirkətini neft injinirinqi üzrə məsləhətçi qismində cəlb edib.

"Blok"da suyun dərinliyi, əsasən, 20 metr təşkil edir və strukturun sonunda maksimum 50 metrə çatır. "Ələt-Dəniz" 1983-cü ildə kəşf edilib və bu günə qədər buradan 12,5 mln. barrel neft və 1 mlrd. m3 qaz hasil edilib. ARDNŞ-in məlumatına əsasən, "Ələt-Dəniz"də hasil olunmamış ehtiyat 14 mln. barrel neft və 1 mlrd. m3 qaz təşkil edir. Əsas məhsuldar horizontlar 3700-4500 metr dərinlikdə yerləşir.

Xəbər lenti

Xəbər lenti