...

Gyu Minqarelli: BTC boru kəməri neftin dünya bazarına tədarükünün yeni yoludur

Energetika Materials 10 Oktyabr 2006 11:48 (UTC +04:00)

"Avropa Birliüyinin Mərkəzi Asiyada əsas məqsədi AB ölkələrinin enerji təminatının möhkəmləndirilməsindən ibarətdir". Bu barədə Trend in Astanadakı xüsusi müxbirinə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktor Gyu Minqarelli Astanada keçirilən konfransda bəyan edib. Qeyd edək ki, bu konfransda AB-yə üzv olan Mərkəzi Asiya ölkələrinin səfirləri, o cümlədən AB komissiyası da iştirak edib.

Bu, AB-nin tarixində Mərkəzi Asiya ölkələrindən birində - Qazaxıstanda keçirilən ilk konfransdır. Görüşdə məqsəd AB-nin Mərkəzi Asiya regionunda əməkdaşlığının möhkəmləndirilməsi strategiyasınnı işlənməsindən ibarətdir. "AB-nin enerji ilə təmin olunması üçün təkcə enerji ehtiyatları mənbələrini deyil, həm də bu ehtiyatların tədarük yollarını da diversifikasiya etmək lazımdır. Buna görə AB Xəzər regionuna böyük əhəmiyyət verir".

Bu gün məhz Mərkəzi Asiya regionuna artan marağı G. Minqarelli belə izah edib: "Həm əsas neft və qaz istehsalçıları, həm də tranzit ölkələr var. Buna görə də AB enerji sektoruna daha çox sərmayə qoymağa çalışır. Bunun üçün AB şəffaf və hüquqi əsası təmin etməlidir. Biz enerji ehtiyatlarının tədarükünün təhlükəsizliyinə zəmanət əldə eməliyik. Burada hüquqi əsas çox vacibdir və hazırda biz bunun üzərində işləyirik".

Konfrans zamanı AB nümayəndələri alternativ neft və qaz kəmərlərinin inşası da daxil olmaqla, Mərkəzi Asiyadan Avropaya enerji daşıyıcılarının ixracının perspektivli yollarının axtarılması üzrə birgə işin davam etdirilməsinin faydalılığı ilə bağlı fikir bildirib.

"Görünür, seçim Transxəzər neft kəməri üzərində dayanır", - deyə Minqarelli dəqiqləşdirib. "Ancaq yeni tədarük yolunun seçimi zamanı AB bütün tərəflərin maraqlarını nəzərə alacaq".

Bu ilin yayında açılış mərasimi keçirilmiş BTC neft kəməri ilə bağlı sualı Minqarelli belə cavablandırıb: "Artıq fəaliyyət göstərən neft kəmərinin olması çox yaxşı haldır. Bu, şübhəsiz ki, neft tədarükünün yeni yoludur", - deyə o sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti