...

Wartsila və "Azərenerji" SC 300 MVt gücündə modul elektrik stansiyasının inşası haqqında müqaviləni oktyabrda imzalaya bilər

Energetika Materials 16 Oktyabr 2006 13:26 (UTC +04:00)

"Azərenerji" SC və Finlandiyanın Wartsila şirkəti Səngəçalda - Bakının 50 km cənubunda 300 MVt gücündə modul elektrik stansiyasının inşası haqqında yeni müqavilənin hazırlanması prosesini başa vurur. Bu elektrik stansiyası iki yanacaq növü ilə - qaz və mazutla işləyəcək. Trend in xəbər verdiyi kimi, şirkətin oktyabrın 16-da yaydığı məlumatda deyilir ki, müqavilənin oktyabr ayı ərzində imzalanması gözlənilir.

2005-ci ildə "Azərenerji" ümumi gücü 450 MVt təşkil edən beş modul elektrik stansiyası sifariş edib. İki stansiya (Astara və Şəki rayonlarında) artıq istismara verilib. Yerdə qalan 3 stansiyanın inşası isə ilin sonunadək başa çatacaq.

2005-ci ildə Wartsila şirkəti dünya üzrə ümumi gücü 1607 MVt təşkil edən və 710 mln avrodan çox məbləğdə elektrik stansiyaları inşa edib.

Xəbər lenti

Xəbər lenti