Trend xəbər verir ki, "Azərenerji" səhmdar cəmiyyəti "Şimal" elektrik stansiyasında nominal gücü 400 MVt olan ikinci buxar-qaz qurğusunun, dörd 220 kV-luq elektrik ötürücü xəttinin və 220/110 kV-luq yarımstansiyasının layihələndirilməsi, inşası və quraşdırılması, istismara verilməsi üzrə tender elan edib. Layihə tam yerinə yetirlməlidir. Layihənin icra müddəti isə 27 aydır.
Tenderdə iştirak etmək istəyənlər əsas tender sənədləri toplusunu bu ilin oktyabrın 25-dən ala bilərlər. Təkliflər 2007-ci ilin yanvarın 22-dək təqdim olunmalıdır. Təkliflər zərfi isə 2007-ci ilin yanvarın 22-də açılacaq.
Yaponiyanın "JBIC" fondu stansiyada 400 MVt gücündə olan ikinci buxar-qaz blokunun inşasına 29,28 mlrd. ien məbləğində güzətli kredit ayırır. Bu vəsaitlər 10 ili güzəştli olmaqla 40 il müddətinə illik 0,75% dərəcəsi ilə ayrılır.
DRES-də gücü 400 MVt olan bir buxar-qaz qurğusu var. Bu qurğunun inşası "Mitsui/Mitsubishi" Yaponiya şirkətlər alyansı tərəfindən həyata keçirilib.