...

Azərbaycan Dövlət Neft Şirkətində qaz proqramının reallaşdırılması müzakirə olunub

Energetika Materials 8 Noyabr 2006 13:18 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Xəzər dənizinin karbohidrogen ehtiyatlarının işlənməsi üzrə şura üzvləri ilə görüşüb. Bu barədə Trend ARDNŞ-in məlumatına istinadən xəbər verir.

Şura üzvü Styuart Eyzenştat qeyd edib ki, hazırda bu orqan gələcəkdə də Xəzərin Azərbaycan sektorunda qlobal layihələrin reallaşdırılması üzrə növbəti hesabatı hazırlayır. Hesabat gələn ilin yanvar ayında ictimaiyyətə təqdim olunacaq. Şura nümayəndələri BP başda olmaqla, xarici tərəfdaşların Azərbaycan Dövlət Neft Şirkəti ilə gələcək əməkdaşlıq perspektivləri ilə maraqlanıb.

R.Abdullayev qeyd edib ki, Azərbaycan prezidentinin ARDNŞ-in beynəlxalq şirkətə çevrilməsi haqqında göstərişləri çərçivəsində hazırda böyük islahatlar proqramı həyata keçirilir, yeni struktur formalaşır. R.Abdullayev şirkətin şəffaflığının artması, mühasibat uçotunun beynəlxalq standartlara keçidi, şirkətdə beynəlxalq auditin keçirilməsi və digər istiqamətlər haqqında danışıb.

Görüşdə həmçinin ARDNŞ-in "Qaz proqramı"nın reallaşdırılması müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti