...

Quruda çalışan birgə müəssisələr və əməliyyat şirkətləri qaz hasilatını azaldıb

Energetika Materials 16 Noyabr 2006 15:27 (UTC +04:00)

2006-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın quru yataqlarında çalışan birgə müəssisələr və əməliyyat şirkətləri 92 mln. 947 min kubmetr qaz hasil edib.

Qaz hasilatında ən çox həcm "Kürsəngi-Qarabağlı" müqavilə sahəsində işləyən "Salyan oil" əməliyyat şirkətinin payına düşür. Bu şirkət yanvar-oktyabr aylarında 35 mln. 493 min kubmetr qaz hasil edib. Şirkət bu qazdan qismən öz ehtiyacları üçün və qismən də təzyiqin saxlanması üçün qazın laya vurulması üçün istifadə edir.

Ən az hasilat həcmi "Az. Şeng-Li" MMC əməliyyat şirkətinin payına düşüb. Bu şirkət bu ilin yanvar-oktyabr ayları ərzində 125 min kubmetr qaz hasil edib.

Ötən ilə nisbətən hasilata görə ən çox geridə qalma "Suraxanı oil" şirkətində müşahidə olunub. Bu şirkət 894 min kubmetr qaz hasil edib, bu isə ötən ilin analoji dövründən 78,6% azdır.

Hazırda ARDNŞ-ə öz qazını "Anshad Petrol" və "Gobustan Operating Company" satır. Sonuncu bu ilin yanvar-oktyabr aylarında 8 mln. 684 min kubmetr qaz hasil edib, bu isə ötən ilin analoji dövru ilə müqayisədə 3128,3% çoxdur.

Birgə müəssisə və əməliyyat şirkətləri tərəfindən qaz hasilatının ümumi cədvəli (min kubmetr)

Birgə müəssisələr

müəssisələr

yanvar-oktyabr, fakt

2005-ci ilin oktyabr ayına nisbətən, %

ayına nisbətən, %

Salyan Oil

35493

77,3

Şirvan Oil

irvan Oil

13021

115,5

Qarasu ƏŞ

ƏŞ

3893

76,6

Azərneft

415

61,9

Anshad Petrol

20573

99,0

Gobustan

"Az.Şeng-Li" MMC

Binəqədioyl

Şeng-Li" MMC

Binəqədioyl

Qaraçuxur ƏŞ

araçuxur ƏŞ

Suraxanı Oyl

uraxanı Oyl

8684

125

4710

5139

894

3228,3

40,2

37,4

80,0

21,4

BM üzrə cəmi

üzrə cəmi

92947

86,5

Xəbər lenti

Xəbər lenti