...

"Lukoyl" Azərbaycanla "Yalama" -nın gələcək strukturlarında qazıntının davam etdirilməsi imkanlarını müzakirə edir

Energetika Materials 16 Noyabr 2006 20:14 (UTC +04:00)

Rusiyanın "Lukoyl"-u Azərbaycan mütəxəssisləri ilə birlikdə D-222 ("Yalama") blokunda geoloji-kəşfiyyat qazıntılarının davam etmə imkanlarını öyrənir. Bu haqda Trend -in Moskvadakı xüsusi müxbirinə "Lukoyl" ASC-nin vitse-prezidenti, "Lukoyl Oversiz Holdinq LTD"-nin prezidenti Andrey Kuzyaev məlumat verib. O deyib: "Bu, bizim əsas layihəmizdir".

"Lukoyl"-un digər regional layihə və planlarından danışarkən, şirkətin vitse-prezidenti Qazaxıstanla Xəzər dənizi şelfinə dair perspektivləri sırasında hazırda üç geoloji-kəşfiyyat layihəsi - "Kaçaqan", "Atəş" və bu yaxınlarda imzalanmış razılığa əsasən 2008-ci ildən aktiv geoloji-kəşfiyyat qazıntıları başlanılacaq "Janbay" layihəsidir.

Türkmənistana gəldikdə, Andrey Kuzyaev bildirib ki, bu ölkənin Xəzər şelfində geoloji-kəşfiyyat istifadəsi üçün danışıqlar aparılır.

"Lukoyl" ASC-nin vitse-prezidenti qeyd edib: "Biz Türkmənistan və "Lukoyl" ASC başçılarının görüşlərinin nəticəsini gözləyirik. Bundan sonra gələn il işimizi davam edəcəyik. Kolumbiya üzrə nəticələr də ilin sonunda elan ediləcək".

Kuzyaevin sözlərinə görə, "Lukoyl" İranda partnyorluq qurmaq üçün imkanlar axtarır, lakin heç bir layihə müqavilə imzalanana kimi müzakirə olunmur.

O həmçinin qeyd edib ki, keçən il İran Milli Neft Şirkəti ilə iki blok üzrə saziş imzalanıb, üçüncü blok "Anaran"-nın öyrənilməsi şirkət tərəfindən müstəqil aparılır və bu araşdırmanın gələn ilin avqustunda başa catacağı planlaşdırılır.

İraqdakı perspektivləri şərh edərkən, o deyib ki, bu gün "Lukoyl"-un bu ölkədə hər hansı bir problemi yoxdur. Kuzyaev qeyd edib: "Biz heç bir aktiv əməliyyat aparmırıq. Eyni zamanda biz həmişə 4 il əvvəl immzaladığımız memorandum çərçivəsində işləyirik. Bununla belə, mən qeyd etmək istəyirəm ki, bu, Neft Nazirliyi ilə bzim ikinci memorandumumuz olub. Bizdə 200 tələbə oxuyur, biz nazirliyə maddi yardım proqramını başa çatdırmışıq. Bir sıra yataqlar üzrə nazirlik üçün texniki məsləhət göstəririk. Yaxın vaxtlarda texniki komitənin iclası olacaq".

Xəbər lenti

Xəbər lenti