...

ARDNŞ $175 mln. həcmində kredit alıb

Energetika Materials 22 Noyabr 2006 11:11 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, noyabrın 21-də Bakıda ARDNŞ ilə ''Societe Generalle'' və ''ABN AMRO'' bankları arasında $175 mln. dəyərində kredit sazişi imzalanıb.

4 iyul 1996-cı ildə "Şahdəniz" yatağı üzrə imzalanmış müqavilə çərçivəsində ARDNŞ 20% iştirak payına malik olub.

Ancaq maliyyə problemləri ilə əlaqədar ARDNŞ payının bir hissəsini (10%) Total şirkətinə verib. Bu müqavilə üzrə ARDNŞ-in yerdə qalmış payı Fransa şirkəti tərəfindən 1997-2002-ci illərdə maliyyələşdirilib. Növbəti işlərin maliyyələşdirilməsi üçün Azərbaycan 15 dekabr 2004-cü ildə Avropa Yenidənqurma və İnkişaf Bankından $170 mln. ($110 mln. "Şahdəniz" layihəsi və $60 Cənubi Qafqaz qaz kəməri layihəsi üçün) həcmində kredit alıb. Bu kredit üzrə faiz dərəcəsi Libor +4% təşkil edib.

ARDNŞ bu faiz dərəcəsinin azaldılması üçün beynəlxalq banklardan aşağı faizlə kredit almaq qərarına gəlib. Kredit AYİB-ə olan borcu ləğv etməyə imkan verəcək. Bu kredit üzrə faiz dərəcəsi Libor +0,85%-ə bərabərdir. Bu, kreditlər arasında 3,15%-lik müsbət saldonun yaranmasına səbəb olub. Kredit dövlət zəmanəti olmadan verilib.

Xəbər lenti

Xəbər lenti