...

Qaz kəmərindəki qəzaya görə Bakının bəzi rayonlarına qaz verilməsi dayandırılıb

Energetika Materials 2 Dekabr 2006 11:37 (UTC +04:00)

Sulu təpə qəsəbəsindəki qaz kəmərindəki qəzaya görə Bakının Yasamal və Nəsimi rayonlarına qaz ötürülməsi qismən dayandırılıb. Bu haqda Trend -ə "Azəriqaz" qapalı səhmdar cəmiyyətinin şöbəsi olan və Bakıya qaz ötürülməsi və paylaşdırılmasını həyata keçirən "Bakqaz" İB-dən məlumat veriblər.

"Bakqaz"-da qeyd ediblər ki, hazırda qaz kəmərinin bərpası işləri həyata keçirilir, bundan sonra qaz ötürülməsi bərpa ediləcək. "Bakqaz"-dan bildiriblər ki, qazın ötürülməsinə artıq bu gün başlanacaq.

Xəbər lenti

Xəbər lenti