...

Azərbaycan hökuməti: "2007-ci il yanvarın 1-dən Bakı təbii qaza olan tələbatlarını müstəqil şəkildə ödəyə biləcək"

Energetika Materials 4 Dekabr 2006 18:04 (UTC +04:00)

"Azərbaycan qaza olan tələbatını 2007-ci ilin yanvarın 1-dən ödəyə biləcək" - bunu bu gün Azərbaycanın baş naziri Artur Rəsizadə Rusiyanın baş naziri Mixail Fradkovla ikitərəfli danışıqlardan sonra jurnalistlərə verdiyi müsahibədə deyib.

"Azərbaycan artıq inkişafın elə bir səviyyəsinə çatıb ki, enerji resurslarına olan tələbatını ödəmək imkanındadır" - deyə o, Qazspromun 2007-ci ildə ölkəyə qaz təhcizatını 4,5 dən 1,5 mlrd.kubm-ə qədər ixtisar etmək qərarına münasibət bildirərkən belə deyib.

Qazın Rusiyadan tədarük olunması barədə isə A. Rəsizadə qeyd etmişdir ki, qiymətlərin qaldırılması "müxtəlif tendensiyalara əsaslanır".

"Amma ictimaiyyətdə qiymətlərin qalxma tempi və digərləri üçün istisna imkanları barədə suallar var"- deyə Azərbaycanın baş naziri bildirib.

O, əlavə etmişdir ki, Azərbaycan Qazpromun 1 min kub m. qaza 230 dollar qiymətilə 1,5 mlrd.kub m. qaz tədarük etmək təklifini nəzərdən keçirir. "Biz Qasproma bildirmişik ik, müzakirələri davam etməyə hazırıq",- deyə Azərbaycanın baş naziri sözlərini bitirb.

Xəbər lenti

Xəbər lenti