...

ARDNŞ yanvar-noyabr ayları ərzində Novorossiysk limanından neftin yüklənmə həcmlərini açıqlayıb

Energetika Materials 4 Dekabr 2006 19:02 (UTC +04:00)

Noyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti Novorossiysk limanından 229 min. 376 ton neft göndərib. Ötən il bu göstərici 167,2 minə bərabər olub. 11 ay ərzində Novorossiysk limanından yüklənən ARDNŞ neftinin ümumi həcmi 1 mln. 091,8 min ton neft təşkil edib. 2005-ci ilin noyabr ayında yüklənmə həcmi 1,545 mln. ton təşkil edib. Bu barədə Trend xəbər verir.

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) dekabr ayında Novorossiysk limanından ümumi həcmi 1,7 mln. barel REBCO olan iki tanker partiyasının satışı üçün tenderi bağlayıb. Tenderin qalibi REOC Ltd. treyderi elan olunub.

1,08 mln. barel və 620 min barel həcmində hər iki partiyanın dekabrın 20-31-də yüklənməsi nəzərdə tutulub.

2006-cı ilin əvvəlindən ARDNŞ tenderlərdə Novorossiyskdən 1,536 mln. ton neft satıb. Novorossiyskdən ən çox ARDNŞ neftini Glencore treyderi - 621 min ton, sonra isə REOC Ltd. - 452 min ton - alıb. Sun Oil - 160 min ton, Taurus Petroleum - 140 min ton, Vitol - 85 min ton və Select Energy - 78 min ton neft alıb.

Xəbər lenti

Xəbər lenti