...

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti C.Ray McDermott şirkətinin prezidenti ilə görüşüb

Energetika Materials 5 Dekabr 2006 13:28 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev J.Ray McDermott şirkətinin prezidenti Robert Disonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Görüşdə ARDNŞ və McDermott arasında sualtı qaz kəmərlərinin çəkilişi üzrə müqavilə imzalanıb.

Dövlət Neft Şirkəti başçısının sözlərinə görə, bu, Amerika şirkəti ilə imzalanmış ilk belə müqavilədir. O həmçinin qeyd edib ki, Azərbaycan "Qurban Abbasov" gəmisinin müasirləşdirilməsi layihəsinə böyük əhəmiyyət verir.

R.Disonun sözlərinə görə, şirkət gələcəkdə də ARDNŞ-lə əməkdaşlığı genişləndirmək niyyətindədir.

"Qurban Abbasov" gəmisinin müasirləşdirilməsi məsələsinə gəlincə, Amerika şirkətinin başçısı qeyd edib ki, bu layihə üzrə büdcə artıq təsdiq olunub və lazımi vəsaitlər ayrılıb.

Görüşdə həmçinin şirkət rəhbərliyində Azərbaycan vətəndaşlarının sayının artması və ölkədən kənarda işləmələri üçün Azərbaycan mütəxəssislərinin cəlb olunması məsələsi də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti