...

Azərbaycanın sənaye və energetika naziri Tbilisidə regionun enerji təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edəcək

Energetika Materials 7 Dekabr 2006 15:33 (UTC +04:00)

Dekabrın 8-də Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Gürcüstan paytaxtına yola düşəcək. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev məlumat verib.

Səfir bildirib ki, görüş çərçivəsində regionun enerji təhlükəsizliyi, "Şahdəniz" yatağından Türkiyəyə və Gürcüstana qaz nəqli, üç ölkə arasında energetika sahəsində münasibətlərin inkişaf etdirilməsi və s. ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Bu görüşdə "Şahdəniz" yatağından qaz ixracının həcmi və ölkələr arasında paylaşdırılması ilə bağlı razılaşma əldə olunacağı da nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti