...

Heydər Əliyev adına neft emalı zavodu mütəxəssislər hazırlayıb

Energetika Materials 9 Dekabr 2006 13:49 (UTC +04:00)

H.Əliyev adına neft emalı zavodunun peşəkar təhsil mərkəzində fevralın 1-də başlamış təhsil mövsümü başa çatıb. Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

Tədris zamanı texnoloji qurğuların təmiri, texnoloji kompressor maşinisti, texnoloji avadanlıq, nəzarət-ölçü cihazları və avtomatika operatoru və s. ixtisaslar təqdim olunub.

İmtahanlar H.Əliyev adına neft emalı zavodunun mütəxəssisləri və Azərbaycan Dövlət Neft Akademiyasının müəllimləri tərəfindən keçirilib. Onlar hazırlanmış şagirdlərin istehsalatda işləmək imkanına malik olmaları barədə qərar qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti