...

ARDNŞ özünün istismar quyularının fondunu açıqlayıb

Energetika Materials 11 Dekabr 2006 16:45 (UTC +04:00)

11 ayın nəticələrinə görə, ARDNŞ-ın (birgə müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) istismar quyularının fondu 6111 quyu təşkil edir. 10 ayın nəticələrinə görə bu göstərici 6188 quyu olub. Trend xəbər verir ki, bu barədə ARDNŞ-ın mətbuat xidmətindən bildiriblər. Quyuların ümumi sayından 4789 quyu (11 ayın nəticələrinə görə 4758 quyu) fəaliyyətdə olan fonda yerləşir, 1310 quyu (11 ayın nəticələrinə görə 1419 quyu) qeyri-fəaliyyət fondunda yerləşir. 12 quyu (11 ayın nəticələrinə görə 11 quyu) öyrənilmə mərhələsindədir.

Xəbər lenti

Xəbər lenti