...

Vaqif Axundov: Qısa zamanda neft-qaz ixrac kəmərlərinin mühafizəsi ilə əlaqədar beynəlxlaq təcrübəni öyrənmişik

Energetika Materials 12 Dekabr 2006 15:09 (UTC +04:00)

Çox qısa zaman ərzində neft-qaz ixrac kəmərlərinin mühafizəsi ilə əlaqədar beynəlxlaq təcrübəni öyrənmişik. Trend in xəbərinə görə, bu barədə dekabrın 12-də jurnalistlərə Xüsusi Dövlət Mühafizə Xidmətinin komandanı Vaqif Axundov məlumat verib.

"Neft-qaz ixrac kəmərlərinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidməti üçün yeni fəaliyyət növü olsa da, qısa zamanda beynəlxalq təcrübəni öyrənib tətbiq etməyə nail olmuşuq. Hazırda bəzi ölkələrin bu sahədə ixtisaslaşmış qurumlarının təcrübəsi öyrənilir və Azərbaycanda ixrac neft-qaz kəmərlərinin qorunması beynəlxalq standartlara cavab verir. Kəmərlərin mühafizəsi yüksək səviyyədə həyata keçirilir. Bunu peşəkar hərbçilər həyata keçirirlər. Bizim həmçinin güclü təlim-tədris bazamız var" - deyə V.Axundov söyləyib.

V.Axundov Gürcüstan ixrac kəmərlərinin mühafizəsi məsələsinə də toxunub və bu sahədə problemlərin mövcud olduğunu bildirib: "Artıq bir ilə yaxındır ki, Gürcüstanda kəmərlərin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidmətindən alınaraq Daxili İşlər Nazirliyinə verilib. Hazırda Gürcüstanla təcrübə mübadiləsi aparırıq. İndiyədək Gürcüstanda neft kəmərlərinə dəfələrlə müdaxilələr edilib. Amma Azərbaycanda belə hallar baş verməyib" - V.Axundov qeyd edib.

V.Axundov kəmərə müdaxilələrin yaranması səbəblərindən də danışıb və qeyd edib ki, əsas səbəblər sosial problemlərdən, kriminogen durumdan irəli gəlir.

Xəbər lenti

Xəbər lenti