2006-cı ilin yanvar-noyabrında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), Əməliyyat Şirkəti (ƏŞ), Birgə Müəssisə (BM) ölkənin ofşor və onşor yataqlarından 8,23 mln. ton neft çıxarıb ki, bu da 2005-ci ilin analoji dövründən 26,15 min ton (və ya 0,3%) çoxdur.
ARDNŞ-dən Trend ə verilən xəbərə görə, ARDNŞ-in Neft Qaz Çıxarma İdarəsinin yanvar-noyabr aylarında quruda və dənizdən çıxardığı neft 7,18 mln. ton təşkil edib. Bu, 2005-ci ilin yanvar-noyabrında çıxarılan neftdən 13,96 min ton (və ya 0,2%) çoxdur.
Yanvar-noyabr aylarında xarici şirkətlər BM və ƏŞ-nin çərçivəsində 1,05 mln tonn neft istehsal ediblər ki, bu, 2005-ci ilin yanvar-noyabrından 12,19 min ton (və ya 1,2%) çoxdur.
Yanvar-noyabrda Azərbaycanda ümumi qaz hasilatı 6,15 mlrd. m3 təşkil edib ki, bu 2005-ci ilin analoji dövrü ilə müqayisədə 915,36 mln. m3 (və ya 17,5%) çoxdur. ARDNŞ-nin NQÇİ-ə yanvar-noyabrda 3,89 mlrd. m3 qaz gəlib ki, bu 2005-ci ilin yanvar-noyabrından 425,94 mln m3 (və ya 12,3%) çoxdur. BM və ƏŞ bu dövrdə 102,99 mln m3 qaz çıxarıb ki, bu 2005-ci ilin analoji dövrü ilə müqayisədə 15,73 mln. m3 (və ya 13,2%) azdır.
Azərbaycan Beynəlxalq Əməliyat Şirkəti (ABƏŞ) 2006-cı ilin yanvar-noyabrında "Azəri-Çıraq-Günəşli" yatağından ARDNŞ üçün 2,09 mlrd m3 səmt qazı çıxarıb ki, 2005 -ci ilin yanvar-noyabrından 445,27 mln. m3 çoxdur.
Azərbaycanda 57 neft-qaz yataqları var ki, bunlardan 18-i suda, qalanı qurudadır. ARDNŞ-in əməkdaş ştatında 59170 adam var
2006-cı ilin yanvar-noyabrı üçün Azərbaycanda neft və qaz istismarının yekun cədvəli belədir.
Neft (min tonn) |
noyabr |
oktyabr |
Yanvar-noyabr | ||
2006 |
2006 |
2006 |
2005 |
% | |
cəmi |
740,39 |
761,01 |
8237,09 |
8210,94 |
100,3 |
ARDNŞ NQÇİ NQÇİ |
641,21 |
657,69 |
7186 |
7172,04 |
100,2 |
BM və ƏŞ Ş |
99,18 |
103,32 |
1051,09 |
1038,90 |
101,2 |
qaz (mln. m3) |
|||||
cəmi |
577,09 |
583,82 |
6156,52 |
5241,16 |
117,5 |
ARDNŞ NQÇİ NQÇİ |
439,68 |
435,18 |
3897,54 |
3471,70 |
112,3 |
BM və ƏŞ Ş |
10,04 |
9,44 |
102,99 |
118,72 |
86,8 |
ABƏŞ (ARDNŞ üçün) (ARDNŞ üçün) |
118,36 |
136,73 |
2096,01 |
1650,74 ,74 |
127 |