...

Azərbaycan neft-qaz əməliyyatları və qazma işləri üçün boru idxalını artırıb

Energetika Materials 16 Dekabr 2006 12:24 (UTC +04:00)

2006-cı ilin yanvar-oktyabrında Azərbaycan quruda və sudakı yataqlarda əməlliyyat üçün 128165,6 ton müxtəlif metal borular idxal edib ki, bu 2005-ci ilin yanvar-oktyabrından 11,9% çoxdur. Ölkəninin dövlət statistika komitəsindən Trend ə verilən məlumata görə, göstərilən müddət ərzində 169492,1 min dollar məbləğində boru idxal olunub ki, bu 2005-ci ilin analoji dövrü ilə müqayisədə 29,4% çoxdur.

Azərbaycanda neft-qaz əməliyyatları ilə ARDNŞ,müqavilə əsasında PSA tipli xarici şirkətlər və xarici kapitalın iştirakı ilə ARDNŞ BM məşğul olur. Dövlət Statistika Komitəsində bildiriblər ki, 2006-cı ilin yanvar-oktyabrında neft-qaz kəməri üçün boru idxalının payı 38443,4 tondur ki, bu da 2005-ci ilin analoji periodu ilə müqayisədə 30,5% azdır. Bu ilin yanvar-oktyabrında neft-qaz kəməri borularının idxalı 68029,1 min dollar təşkil edib ki, bu da 2005-ci ilin yanvar-oktyabrından 18,8% azdır.Dövlət Statistika Komitəsindən həmçinin bildiriblər ki, 2006-cı ilin yanvar-oktyabrı ərzində 27423,3 tonn qazma boruları alınıb ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 9,6% azdır. Bu məhsulun idxalının ümumi dəyəri 38805,5 min dollar təşkil edib ki, bu, 2005-ci ildən 8,6% azdır.

Xəbər lenti

Xəbər lenti